Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər Susu da boşaldır - 4 ailə qalıb: "Kəndi təhvil verməliyik"

Azərbaycan tərəfi Laçın rayonunun Zabux və Sus kəndlərində, Laçın şəhərində qanunsuz yaşayan ermənilərə həmin əraziləri boşaltmaq üçün avqustun 25-nə kimi vaxt verib...

Laçın rayonunda ermənilərin qanunsuz məskunlaşdığı Sus kəndindən köç sürətlənib. Avqustun 5-dən etibarən Susdakı ermənilər öz əşyalarını Ermənistanın digər bölgələrinə və ya Qarabağın separatçıların nəzarətində olan ərazisinə daşımağa başlayıblar.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-nə Susdakı erməni icmasının rəhbəri Mxitar Nersisyan bildirib. O deyib ki, bu gün kənddə 4 ailə qalıb, qalanları əşyalarını götürərək gedib.

Nersisyanın sözlərinə görə, Qarabağdakı separatçı rejimin rəhbərliyi onlara yeni mənzillər üçün “sertifikatlar”  verəcəyini vəd edib.

“Əvvəllər Sus kəndində 48-49 ailə yaşayırdı, bir neçə il əvvəl hətta bundan da çox, amma tədricən onların sayı azaldı - getdilər, sonra geri qayıtdılar, yenə getdilər”, - deyə icma başçısı bildirib.

Mxitar Nersisyanın sözlərinə görə, 44 günlük müharibədən sonra onlar fikirləşirdilər ki, Sus kəndi erməni tərəfinin nəzarətində qalacaq, bütün sakinlər geri qayıdacaq.

“Bizə demişdilər ki, delimitasiya və demarkasiya işləri aparılacaq, indi görürük belə bir şey yoxdur, kəndi təhvil verməliyik”, - Mxitar Nersisyan bildirib.

O deyib ki, iki ailə Qarabağın dağlıq hissəsinə köçüb, üçüncüsü də köçməyə hazırlaşır. Separatçılar onlara yeni ev verməyi vəd ediblər.

"Kənddən köçənlərin qalan hissəsi Ermənistanın müxtəlif bölgələrinə gedir", - Mxitar Nersisyan bildirib.

Xatırladaq ki, Azərbaycan tərəfi Laçın rayonunun Zabux və Sus kəndlərində, Laçın şəhərində qanunsuz yaşayan ermənilərə həmin əraziləri boşaltmaq üçün avqustun 25-nə kimi vaxt verib. Ermənilər bu tələb qarşısında Laçını tərk etməyə başlayıblar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay